Bərdədə 2017-ci il təvəllüdlü Rəhimova Dəniz Kənan qızını həyətdə oynayan zaman sahibsiz it dişləyib.

"Unikal" xəbər verir ki, uşaq ətrafdakı insanlar tərəfindən xilas edilərək Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Azyaşlının it dişləməsi ilə bağlı Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, uşağa ilkin tibbi yardım göstərilib.

"Quduzluğa qarşı vaksin vurulduqdan sonra ambulator müalicə üçün evə buraxılıb", - deyə xəstəxanadan bildirilib.