Türkiyənin İstanbul şəhərində Yenikapı toplantı sahəsində keçirilən Novruz şənliyində PKK lideri Öcalanın afişasını açan 3 nəfər və "terror təşkilatının təbliğatını aparmaq" ittihamı ilə axtarışda olan 2 nəfər saxlanılıb. Bununla yanaşı, hadisə yeri və ətrafında polisə müqavimət göstərən, qanunsuz şüarlar səsləndirən 70 nəfər saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə İstanbul valiliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, terror təşkilatı PKK lideri Abdullah Öcalanın afişalarının açılışı ilə müşayət olunan şənliklərdən sonra 75 nəfər saxlanılıb. 
Qeyd olunub ki, terrorla mübarizə qətiyyətlə davam edəcək.