Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov xəstəxanaya yerləşdirildiyi barədə xəbərlər yayıldıqdan sonraaçıqlama yayıb. 

"Unikal" xəbər verir ki, dövlət rəsmisi yaxşı olduğunu deyib.

"Özümü əla hiss edirəm", - deyə Ryabkov qeyd edib. 

*** 21:20

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov reanimasiyaya yerləşdirilib və ona kəskin miokard infarktı diaqnozu qoyulub.

"Unikal" xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb.

Diplomatın martın 17-nə keçən gecə özünü pis hiss etdiyi bildirilir. Ryabkov təcili yardım çağırıb, onu xəstəxanaya çatdırıb, sonra o, dərhal reanimasiyaya keçib.

Daha sonra Ryabkov stent qoymaq üçün əməliyyat olunub, həkimlər xəstənin vəziyyətini ağır kimi qiymətləndiriblər.

Ryabkovun 63 yaşı var və 2008-ci ildən xarici işlər nazirinin müavini vəzifəsində çalışır.