Fənərbağçanın prezidenti Ali Koç Trabzonspor matçında baş verənlərlə bağlı açıqlama verib.

"Unikal" xəbər verir ki, klub prezidenti baş verən hadisələrə görə Türkiyə Futbol Federasiyasının (TFF) ittiham edib. TFF-nin məsuliyyət daşıdığını bildirən Ali Koç Klublar Assosiasiyasının sədri vəzifəsindən istefa verib. Klub prezidenti vəzifəsini isə tərk etməyəcəyini bildirib: "Taleyimizi özümüz çəkəcəyik. Lazım olsa, aşağı liqaya düşəcəyik. Hər gün ölməkdənsə, bir dəfə öləcəyik. Bu qərarı verəcəyik, vəzifəmi tərk etməyəcəyəm. Klubu aşağı liqadan yenidən Super Liqaya çıxarıb, sonra vəzifəmizi tərk edəcəm."