İran Prezidenti İbrahim Rəisi Rusiya Prezidenti Vladimir Putini Rusiyada keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.

"Unikal" "Mehr" agentliyinə istinadən xəbər verir ki, Rəisi İran və Rusiya arasında münasibətlərin artan tendensiyasından məmnunluğunu ifadə edib.

O, iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.