Novruz bayramı ərəfəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov və universitetin bir neçə əməkdaşı 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunlarımızın ailələrini ziyarət edib.

"Unikal" xəbər verir ki, universitetin mümayəndə heyəti Bakı şəhəri ilə yanaşı, Qazax, Ağstafa, Şəki, Oğuz, Neftçala, Salyan və digər rayonlarda şəhid ailələrini ziyarət edib, onların bayramını təbrik edərək xoş arzularını çatdırıb və hər zaman yanlarında olduqlarını bildiriblər. Görüş zamanı şəhidlərimizin abidə kompleksləri ziyarət olunub, büstləri önünə gül dəstələri düzülüb.

ADNSU-nun bir neçə şəhid məzununun ailəsində olan dosent Vazeh Əskərov onların valideynləri ilə səmimi söhbət edib. Bildirib ki, universitet müntəzəm olaraq ADNSU-nun qəhrəman məzunlarının ailələri ilə sıx təmas saxlayır, ali məktəbdə şəhidlərimizin xatirələri dərin ehtiramla yad edilir. ADNSU-da şəhid məzunların xatirəsininin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən danışan dosent Vazeh Əskərov universitetdə olan şəhid abidə kompleksinin, şəhid məzunlarımızın adına açılan auditoriyaların tələbələrimizin ən çox sevdiyi məkanlar olduğunu valideynlərin diqqətinə çatdırıb.

Görüşdə qəhrəman oğullarımızın 30 ilə yaxın düşmən tapdağında olan əzəli Azərbaycan torpaqlarını 44 gün ərzində işğladan azad etməsi, ardınca - 2023-cü ilin sentyabrında isə Silahlı qüvvələrimizin həyata keçirdiyi antiterror əməliyatı nəticəsində Azərbaycanın dövlət suverenliyinin ölkənin bütün ərazisində tam təmin olunması qürur hissi ilə qeyd olunub:

Bəli, bu gün Azərbaycan tarixi qələbəsinə görə şəhidlərimizə borcludur və qəhrəman oğularımızı hər zaman qürurla yad edəcəyik, onların döyüş yolu gənc nəslə nümunə göstəriləcək və bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Qeyd edək ki, ADNSU-nun 23 məzun şəhidi var və bu gün onların ailə üzvləri universitetin ən doğma və əziz insanlarıdır. Şəhid valideynləri ilə söhbət zamanı da onlara göstərilən diqqətə görə razılıqlarını bildiriblər və övladlarının vaxtı ilə təhsil aldıqları ADNSU və onun böyük kollektivini özlərinə doğma bildiklərini deyiblə