"Azərbaycanın NATO-ya qoşulmaq kimi bir niyyəti yoxdur və bütün hərbi ittifaqlardan kənardadır". 

"Unikal" xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq AzTV-yə müsahibəsində deyib. 

"Bu, suveren bir qərardır və biz buna hörmətlə yanaşırıq. Lakin söhbət Finlandiya və İsveç kimi ölkələrə gələndə, bu ölkələr neytral mövqedən imtina etdilər. Bu təqdirdə, bəli, NATO-nun qapıları açıqdır", - deyə Stoltenberq bildirib.