Ağdaşda metlax sexi yanıb.

"Unikal" xəbər verir ki, yanğın hadisəsi, ötən gecə saatlarında Ağdaş-Qəbələ yolunun kənarında yerləşən 1991-ci il təvəllüdlü Zakirov Turan Araz oğluna məxsus metlax sexində baş verib. Yanğın yerinə Agdaş Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları cəlb olunub.

Yanğın zamanı metlax sexinin  50 k/m sahəsi, icərisində olan avadanlıqlarla birgə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Seymur Əli