Xankəndi şəhəri ərazisindən xeyli silah və sursatlar aşkar olunaraq götürülüb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata əsasən, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisindən 1 avtomat silah, 1 tapança, 1 qumbara, 14 patron darağı, 950 ədəd müxtəlif çaplı patron, 1 ədəd süngü-bıçaq və digər sursatlar aşkarlanaraq götürülüb.