Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla görüşüb.

"Unikal" bu barədə Ermənistan hökumətinə istinadən xəbər verir.

Brüsseldə keçirilən görüşdə İrəvanla Bakı arasında sülh sazişinin bağlanması prosesi müzakirə olunub.

Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar və Cənubi Qafqaz regionunda baş verən proseslərə toxunulub.

Tərəflər Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.