Ağsuda avtomobil qəzası baş verib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Qəza zamanı Ağsu rayon Qarağac kənd sakinləri 2006-cı il təvəllüdlü Abdullayev Murad Ağadur oğlu, 2005-ci il təvəllüdlü Hüseynli İnqilab Müşfiq oğlu və 2006-cı il təvəllüdlü Soltanov Cavid Mətləb oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.