Bir sıra G7 liderləri Ukraynaya hərbi yardım göstərmək üçün Rusiyanın dondurulmuş aktivlərini geri götürməyi nəzərdən keçirəcək.

"Unikal" xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazır.

Nəşrin yazdığına görə, Aİ liderləri Brüsseldə görüşəcək və Ukraynaya hərbi və maliyyə dəstəyinin köklü şəkildə artırılması yollarını müzakirə edəcəklər.

“Baş nazirlər Rusiyanın dondurulmuş aktivlərindən milyardlarla avronun müsadirə edilməsi və pulun Kiyevə göndərilməsi planlarını nəzərdən keçirəcək”, materialda deyilir.

Qeyd olunur ki, ilk dəfə olaraq potensial sistem və iqtisadi riskləri ehtiva edən hüquqi cəhətdən əsaslandırılmış təklif irəli sürüləcək.

Ramil Zeynallı