Mingəçevirdə kişi meyiti aşkarlanıb.

"Unikal"ın  məlumatına  görə, hadisə Günəş küçəsi 4a ünvanında  qeydə alınıb. İlkin araşdırma zamanı ölən şəxsin 1966-cı il təvəllüdlü Eldar Allahverdiyevə məxsus olduğu müəyyən olunub.

Qeyd edək ki, ölən şəxs  bacısı ilə eyni fərdi həyət evində yaşayırmış. Onun psixoloji problemlərdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov