İsrail ordusunun hərbçiləri Qəzza zolağının şimalındakı "Əl-Şifa" xəstəxanası ərazisində Fələstinin "HƏMAS" və "İslami Cihad" qruplaşmalarının 358 üzvünü saxlayıblar.

"Unikal" xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Haqari deyib.

""Əl-Şifa"da əməliyyat davam edir. Bu əməliyyat müharibə başlayandan bəri qarşılaşdığımız ən böyük terrorçu cəmləşdirməsi ilə xarakterizə olunur. Bu günə qədər biz 500-dən çox şübhəli şəxsi saxlamışıq ki, onlardan 358-i "HƏMAS" və "İslami Cihad" terrorçularıdır", - deyə o bildirib.