Kolumbiyada təcili yardım təyyarəsi qəzaya uğrayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində iki pilot, bir həkim və bir tibb bacısı həlak olub.

Argentinanın Kordoba şəhərindən Kolumbiyanın Medellin şəhərinə uçan təyyarənin dağlıq əraziyə düşərək yandığı qeyd olunub. Hadisə yerinə çox sayda xilasetmə işçiləri cəlb olunub.

Qəza ilə bağlı araşdırma aparılır.