Tovuzda 3 nəfərin xəsarət alması ilə nəticələn qəza olub.

"Unikal" xəbər verir ki, hadisə rayonun Alakol kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ" marakı minik maşını digər avtomobillə toqquşub.

Qəza zamanı 1999-cu il təvəllüdlü Arzu Süleymanov, 1994-cü il təvəllüdlü Azər Abdıyev və bir qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov