Şəmkirdəki ağır qəzada daha bir nəfər ölüb.

"Unikal" xəbər verir ki, qəza nəticəsində Rəsul Əhmədov hadisə yerində, Elçin Əhmədov isə xəstəxanada ölüb.

***22:21

Şəmkirdə zəncirvari qəza olub, ölən və xəsarət alanlar var.

"Unikal" xəbər verir ki, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.

Belə ki, ikisi "VAZ" markalı olmaqla 3 avtomobil toqquşub. Qəza zamanı 34 yaşlı Elçin Əhmədov hadisə yerində ölüb. 28 yaşlı İlham Həsənov, 26 yaşlı Seymur İmanov və bir qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Tural Əhmədov