Rusiyalı jurnalist Pavel Zarubin Rusiya prezidenti Vladimir Putinin Moskva vilayətindəki "Crocus City Hall"da baş verən terror aktından sonra ilk dəqiqələrdə çəkilmiş videosunu dərc edib.

"Unikal" xəbər verir ki, görüntülər Zarubinin "Telegram" kanalında yayımlanıb. 

Videoda Putinin müxtəlif departament rəhbərlərindən hesabat aldığı göstəririlir. Jurnalistin sözlərinə görə, prezidentə zəng edənlər arasında FTX direktoru Aleksandr Bortnikov, Daxili İşlər Nazirliyinin rəhbəri Vladimir Kolokoltsev, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin, Rusiya Qvardiyasının rəhbəri Viktor Zolotov, Baş nazirin müavini Tatyana Qolikova, Baş nazirin müavini Tatyana Qolikova, Fövqəladə Hallar Nazirliyinin Aleksandr Kurenkov, Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko və Moskva vilayətinin qubernatoru Andrey Vorobyev olub.

"Putin bu görüntülərə əsasən, istintaqın hər bir mərhələsini izləyir", - Zarubin  videoda qeyd edib. 

Gülayə Mecid