Kanadada baş verən hadisə beynəlxalq ictimaiyyətin diqqətini çəkib. 

"Unikal" xəbər verir ki, Britaniya Kolumbiyasında yaşayan və fransız əsilli olduğuna inanaraq böyüyən 64 yaşlı Riçard Beauvais 2020-ci ildə evdə DNT testi zamanı onun əslində Ukrayna, Polşa və Aşkenazi yəhudisi olduğunu öyrənib.

Bu hadisədən iki il sonra, Vinnipeqdə (Kanada) Evelin Stoki adlı bir qadın da oxşar sınaq keçirib və Beauvaisin onun bioloji qardaşı olduğunu aşkar edib.  

Bundan sonra Stoki qardaşı bildiyi Eddy Ambroseun anadan olduğu tarixi araşdırıb. Məlum olub ki, Eddy Ambroseun və Riçard Beauvais 1955-ci ildə Manitobada eyni xəstəxanada eyni gündə doğulub. Belə çıxır ki, Beauvais və Ambrose doğumdan sonra qarışıq düşüb və onlar yanlış ailələrə veriliblər. 

28 iyun 1955-ci ildə Arborq Xəstəxanasında anadan olan Beauvais və Ambrose, yaşadıqları travmaya görə Manitoba Baş naziri Vab Kinevdən rəsmi üzr istəməsini tələb ediblər. Bu hadisə böyük bir sarsıntı yaratsa da, ikinci baharını yaşayan iki kişi arasında yaxınlıq yaradıb. 

Hazırda 68 yaşlı Ambrose və Beauvais bu böyük səhvə görə dövlətdən təzminat alacaqlarına ümid etdiklərini bildiriblər.

Gülayə Mecid