Rusiyanın Ukrayna ilə sərhədyanı Belqorod vilayətinin atəşə tutulması nəticəsində beş nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, hava hücumundan müdafiə bütün raketləri zərərsizləşdirə bilib.

Məlumata görə, hücum nəticəsində beş nəfərin yaralanması ilə yanaşı çoxmərtəbəli bina, Belqorod Dövlət Texnologiya Universitetinin yataqxanası, supermarket və bir neçə avtomobilə ziyan dəyib.

***19:57

Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib.

"Unikal" xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Mümkünsə evdə qalın. Pəncərələrə yaxın getməyin", - məlumatda bildirilib.