Macarıstanın şimalında yarış zamanı avtomobilin yoldan çıxaraq tamaşaçıların üzərinə çırpılması nəticəsində 4 nəfər ölüb, ən azı 8 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. 

Polis yarış maşınının yoldan çıxaraq tamaşaçıların üzərinə düşməsini təsdiqləyib.  Qəzanın səbəbi hələlik məlum deyil.