Futbol üzrə Azərbaycan millisi Bakıda ilk dəfə təşkil olunan “FIFA series – Edition 2024” layihəsi çərçivəsində sonuncu oyununu keçirib.

"Unikal" xəbər verir ki, yığmamız Tofiq Bəhramov adına Respublika Stadionunda Bolqarıstan seçməsini qəbul edib.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

*** 21:19

Bolqarıstan millisi yoldaşlıq oyununda hesabı açıb. 

"Unikal" xəbər verir ki, rəqib komandanın futbolçusu Filip Krastev 59-cu dəqiqədə fərqlənib.

*** 21:01

Bakıda Azərbaycan və Bolqarıstan milliləri arasında “FIFA series–Edition 2024” layihəsində keçirilən yoldaşlıq oyununda ikinci hissə başlayıb.

"Unikal" xəbər verir ki, hələlik matçda hesab açılmayıb.

*** 20:12

Bakıda Azərbaycan və Bolqarıstan milliləri arasında “FIFA series–Edition 2024” layihəsindəki yoldaşlıq oyunu başlayıb.

"Unikal" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 20:00-da start götürüb.

Görüşü estoniyalı hakim Kristo Tohver idarə edir.

*** 19:20

“FIFA series–Edition 2024” layihəsində üz-üzə gələcək Azərbaycan və Bolqarıstan millilərinin start heyətləri bəlli olub.

"Unikal" xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov, 4. Bəhlul Mustafazadə, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 14. Eddi İsrafilov, 8. Emin Mahmudov, (k), 17. Toral Bayramov, 11. Ramil Şeydayev, 9. Renat Dadaşov

Bolqarıstan: 23. İvan Dulqerov, 6. Valentin Antov, 5. Aleks Petkov, 3. Jivko Atanasov, 26. Viktor Popov, 4. İliya Qruyev, 20. Filip Krastev, 7. Georgi Kostadinov, 22. İlian İliuev, 11. Kiril Despodov (k), 17. Aleksandr Kolev.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 20:00-da start götürəcək.

*** 09:20

Bu gün “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Azərbaycanın futbol üzrə milli komandası Bolqarıstan yığması ilə qarşılaşacaq.

"Unikal" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 20:00-da start götürəcək. Oyunun baş hakimi Kristo Tohver (Estoniya), onun köməkçiləri isə Sander Saqa, Sten Klaasen (hər ikisi Estoniya), dördüncü hakim İnqilab Məmmədovdur.

Layihə çərçivəsində Tanzaniya və Monqolstan arasında oyun isə bu gün Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Azərbaycan yığması Monqolustan seçməsini 1:0, Bolqarıstan isə Tanzaniyanı eyni hesabla məğlub edib.

25 mart

17:00. Tanzaniya – Monqolustan

“Liv Bona Dea Arena”.

Baş hakim: Elçin Məsiyev.

Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov.

Dördüncü hakim: Rəşad Əhmədov.

25 mart

20:00. Azərbaycan – Bolqarıstan

Baş hakim: Kristo Tohver (Estoniya).

Baş hakimin köməkçiləri: Sander Saqa, Sten Klaasen (Estoniya).

Dördüncü hakim: İnqilab Məmmədov.