Cəlilabad rayon Ləzran kənd sakini, 1995-ci il təvəllüdlü Kərimova Şəfəq Əliağa qızı mart ayının 23-də axşam saatlarında 3 azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Ş.Kərimovanın əlamətləri: boyu 152 sm, arıq bədən quruluşlu, saçlarının rəngi şabalıdı, gözlərinin rəngi qaradır. 

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Cəlilabad Rayon Polis Şöbəsinə (055-248-17-33) nömrəsinə məlumat vermələri xahiş olunur.