İspaniya məhkəməsi servisdə pirat məzmunun yayılması ilə bağlı aparılan araşdırma çərçivəsində "Telegram" messencerinin ölkədə bloklanması ilə bağlı əvvəllər verdiyi qərarı dayandırıb.

"Unikal" xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

25 mart 2024-cü il tarixində açıqlanan məhkəmə qərarına görə, İspaniya Milli Məhkəməsinin hakimi Santiaqo Pedras polisdən proqram və onun bloklanmasının istifadəçilərə necə təsir edəcəyi barədə hesabat hazırlamağı xahiş edib.