Fransa şəhərlərinin küçələrində təhlükəsizliyi təmin etmək üçün əlavə olaraq 4 minə yaxın hərbçi göndərilə bilər.

"Unikal" xəbər verir ki, bunu Fransanın baş naziri Qabriel Attal BFMTV-nin efirində deyib.

“Hazırda Fransada təhlükəsizliyin təmin edilməsində 3 minə yaxın hərbçi iştirak edir, daha 4 minə yaxın hərbçi isə təcili tədbirlər görməyə hazırdır”, - deyə Attal bildirib.

O qeyd edib ki, hərbi qulluqçular “Santinel” hərbi əməliyyatı çərçivəsində asayişin qorunmasına cəlb olunur. O, 2015-ci ildə başlayıb və ölkədə təhlükəsizliyin təmin edilməsi üçün hərbi personalın istifadəsini nəzərdə tutur.

Attalın sözlərinə görə, ilin əvvəlindən Fransada iki terror aktının qarşısı alınıb, 2017-ci ildən isə təhlükəsizlik qüvvələri 45 hücumun qarşısını ala bilib.