Rusiya prezidenti Vladimir Putin "Crocus City Hall"da baş verən terror aktından sonra insanları xilas edən hər kəsə təşəkkür edib və zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, Putin iclas zamanı deyib: 

“İlk növbədə, martın 22-də qanlı vəhşi terror aktı nəticəsində həlak olanların ailələrinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayıram. Çətin vəziyyətdə olan insanları xilas edən və zərərçəkənlərə kömək edən hər kəsə təşəkkür edirəm".