Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovu vəzifəsindən azad edib.

"Unikal" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bununla bağlı müvafiq sərəncam Prezidentin internet saytında dərc olunub.

Prezident Zelenskinin digər sərəncamına əsasən isə Aleksandr Litvinenko Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin olunub.