Gündəlik 30 mindən çox sərnişinin vağzala rahat və maneəsiz daxil olması üçün Bakı Dəmiryol Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində (“28 May” metro stansiyasının yuxarı hissəsi) yerləşən avtomobil parklanma ərazisi təşkil edilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "Unikal"a verilən məlumata görə, sərnişinlərin qarşılama və yola salınması üçün avtomobillərin ilk 15 dəqiqə ərzində ödənişsiz park edilməsi təmin olunub. 15 dəqiqədən artıq digər məqsədlərlə avtomobil saxlamaq istəyənlər üçün də azparkinqlə müqayisədə daha yüksək tariflər müəyyən edilib, çünki uzunmüddətli parklama ərazinin əsas təyinatı olan ADY sərnişinlərinin rahat gediş-gəlişinə maneə törədir. 

Hazırda vağzal ətrafında uyğun qiymətlərlə fəaliyyət göstərən "Azparkinq" yerüstü və yeraltı dayanacaqları sürücülərin xidmətindədir.