Gəncədə 3 avtomobillin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayonunda qeydə alınıb. Hərəkətdə olan “QAZ 3110 ”  “ VAZ 2107” VƏ  “Mercedes ”markalı minik maşınları toqquşub. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb, avtomobillərə ziyan dəyib. Sürücülər bildiriblər ki,qəzaya səbəb olan "Mercedes” in sürücüsü qəzadan sonra hadisə yerində qaçıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Araşdırma başlayıb.

Tural Əhmədov