Bakıda qəsəbələrin birindəki qəbiristanlıqda çayxana tikmək istəyiblər. 

"Unikal" xəbər verir ki, bu barədə “Real” TV-yə Xəzər rayonu, Binə qəsəbəsinin sakinləri məlumat veriblər. 

Onlar qəbiristanlığın ərazisində çay evinin tikilməsinə etirazlarını bildiriblər. 

Binə bələdiyyəsindən qeyd olunub ki, həmin ərazidə çayxana tikilməsinə icazə verilməyib.