İsveçrə bankları Rusiya vətəndaşlığı olan müştərilərin eyni vaxtda başqa ölkənin pasportuna malik olsalar belə hesablarını bağlamağa başlayıblar.

"Unikal" xəbər verir ki, bu barədə "The Moscow Times" məlumat yayıb.

İsveçrənin Leolex hüquq firmasının idarəedici tərəfdaşı Roman Kudinovun sözlərinə görə, UBS və "Credit Suisse"nin ikili vətəndaşlığı olan bir neçə müştərisi problemlə üzləşib. Onların hamısı İsveçrədə vergi ödəyir, Rusiyada heç bir gəlir əldə etmir və vergi ödəmir.