Birinci Qarabağ müharibəsi şəhidi Zəfər Murtuzəliyevin bacısı Mehparə Mirzəyeva Balakən rayon təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub.

"Unikal" xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Günay Mahmudova müvafiq əmr verib. 

Mirzəyeva Mehparə Ramazan qızı daha əvvəl qardaşının adını daşıyan Zaqatala şəhər Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb.