ABŞ-da körpü uçub, ölənlər var. 

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Baltimor şəhərində qeydə alınıb. Belə ki, gəminin Frensis Skott Key körpüsünə çırpılması nəticəsində konstruksiyalar uçub. Nəticədə tikinti briqadasının 8 üzvü suya düşüb. Onlardan 6 nəfər ölüb.