Rusiya Rumıniyada NATO bazasının tikilməsi risklərini qiymətləndirəcək və hərbi planlaşdırma zamanı bunları nəzərə alacaq. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN vurğulayıb ki, NATO-nun Şərqi Avropa və Qara dəniz regionunda fəaliyyəti müttəfiqləri Rusiya ilə mümkün münaqişəyə hazırlamaq məqsədi daşıyır: "NATO-nun Şərqi Avropa və Qara dəniz regionunda fəaliyyəti təxribat xarakterlidir və Rusiyanın təhlükəsizliyinə əlavə təhdidlər yaradır".

Ağarza Elçinoğlu