İraq və Suriyaya terrorçuların və silahların daşınmasına cavabdeh olan İŞİD-in yüksək rütbəli komandiri məhv edilib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin Birgə Əməliyyat Komandanlığı məlumat yayıb.

“Qüvvələr terrorçu Samir Xızır Şərif Şihan ən-Nəmravini məhv edib”, - komandanlığın bəyanatında deyilir.

Ən-Nəmravini İraqın Ənbar əyalətində dinc sakinlərə qarşı əməliyyatlarda iştirak edən yaraqlılara komandanlıq edib.

Nuranə Abbasova