Milli Məclisin xüsusi iclası çağırılması təklif edilib.

"Unikal" xəbər verir ki, bu təkliflə parlamentin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev çıxış edib. O bildirib ki, Rusiyada baş verən son hadisələrdən sonra Azərbaycanda da təhlükəsizlik sahəsində görülən işlərlə bağlı məlumat verilməsi zərurəti yaranıb: “Milli Məclisin xüsusi iclasının çağırılmasını təklif edirəm. Rusiyada baş verənlərdən sonra Azərbaycanda da bu sahədə görülən işlərlə bağlı məlumat verilsin. Parlament həm də çağırışçı orqandır. İclas qapalı da keçirilə bilər”.

Deputat təcili tibbi yardım vertolyotlarının alınmasının vacibliyini vurğulayıb: "Vətən müharibəsi dövründə yaralıları Badamdardakı vertolyot meydançasına, oradan isə təcili tibbi yardım maşınları ilə xəstəxanalara daşıyırdılar. Bizdə xəstəxanalarda vertolyot meydançaları yoxdur. Rusiyada baş verən hadisədən sonra mən bu barədə düşündüm".

Anar Kəlbiyev