Yeni Fələstin hökumətində erməni əsilli şəxs dövlət naziri təyin edilib. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Varsen Ağabekyan xarici işlər və emiqrasiya üzrə dövlət naziri olub. 

Qeyd edək ki, dünən Fələstin prezidenti Mahmud Abbas 19-cu Fələstin hökumətinin yaradılması haqqında fərman imzalayıb. 

Yeni hökumət 2024-cü il martın 31-də prezident qarşısında and içəcək.

Ağarza Elçinoğlu