“Çox gözəldir ki, müharibə veteranı olmuş şəxslərə heç bir yaş məhdudiyyəti yoxdur. İstər 30 yaşında universitetə qəbul olsun, dövlət onun təminatını verəcək”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev "Təhsil haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

“Amma şəhid ailəsi üzvləri və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 23 yaş son həddir. Təklif edirəm ki, bu məhdudiyyətlər aradan qaldırılsın. Bu kateqoriyadan olan şəxslər istənilən yaşda təhsil ala bilməlidirlər”, - deyə deputat vurğulayıb.

Anar Kəlbiyev