Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski 500 min nəfərin səfərbər edilməsi planından imtina etdiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, onun sözlərini Ukraynanın “Strana.ua” nəşri sitat gətirib.

“Daxili imkanlarımız nəzərdən keçirildikdən və silahlı qüvvələrin döyüş qabiliyyəti dəqiqləşdirildikdən sonra bu rəqəm xeyli azaldılıb. Biz gözləyirik ki, Vətəni qorumağa qadir olan kadrlarımız kifayət qədər olacaq. Söhbət təkcə səfərbər edilmiş insanlardan deyil, həm də könüllülərdən gedir”, - Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vurğulayıb.

Sırskinin sözlərinə görə, bu məqsədə çatmaq üçün hərbi əməliyyatlarda iştirak etməyən bölmələrdən hərbi qulluqçular yenidən cəbhəyə göndəriləcək.

Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyi 18 yaşlı gəncləri səfərbər etmək planlarını rədd etmişdi.

Gülayə Mecid