Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Əhməd Rəcəbli küçəsi 3” ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.

"Unikal" xəbər verir ki, bu münasibətlə keçirilmiş təsis iclasında çıxış edən YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva, partiyanın Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov, partiya fəalları Mürvət Quliyev, Tural Seyidli bildiriblər ki, 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoyub: “Əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyir”.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Qalib Əliyev “Əhməd Rəcəbli küçəsi 3” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Məcid Məmmədov isə sədr müavini seçilib.

Sonda YAP sıralarına yeni qoşulmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.