Gəncədə ev yanıb, bir nəfər tüstüdən zəhərlənərək ölüb. 

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Vaqif küçəsində qeydə alınıb. Belə ki, ümumi sahəsi 9 m² olan birmərtəbəli 1 otaqlı evdə döşək qismən yanıb. Dərhal hadisə yerinə FHN yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub . Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Məlumata görə həmin şəxs tüstüdən boğularaq ölüb. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı Gəncə şəhər prokrorluğunda  araşdırma aparılır.

Tural Əhmədov