"Ən yaxın tərəfdaşlar və qonşularla münasibətlər Rusiya üçün prioritetdir və bu əlaqələr qarşılıqlı maraqlar əsasında qurulmalıdır".

"Unikal" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. 

“Beynəlxalq arenada tərəfdaşlarımızla əlaqələr qurarkən biz həmişə deyirik ki, ən yaxın tərəfdaşlarımız, dostlarımız və qonşularımızla olan münasibətlər bizim üçün böyük əhəmiyyət kəsb edir. Ənənəvi olaraq bu belə oldub. Qonşularımızla ticarət, iqtisadi və siyasi əlaqələrin səviyyəsi durmadan artır. Biz həmişə o prizmadan çıxış edirik ki, bu əlaqələr bir-birinin maraqlarını nəzərə almaq əsasında qurulmalıdır. Bu, bizim üçün çox önəmli və ənənəvidir”, - deyə o vurğulayıb.