Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII tura yekun vurulub.

"Unikal" xəbər verir ki, son oyun günündə "Sumqayıt" və "Araz-Naxçıvan" komandaları üz-üzə gəliblər. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 7-ci dəqiqədə penaltidən Kazimir Ninqa vurub.

Turun digər oyunlarında “Neftçi” "Qəbələ”yə 1:0, “Qarabağ” “Kəpəz”ə 6:1, "Zirə" "Sabah"a 1:0 qalib gəlib. "Səbail" - "Turan Tovuz" matçı isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, turnir cədvəlinə 69 xalla 11-ci çempionluğunu rəsmiləşdirən "Qarabağ" başçılıq edir. "Neftçi" 43 xalla ikinci, 42 xallı "Zirə" və "Sumqayıt" komandaları isə üçüncü və dördüncü yerləri bölüşürlər.