İngiltərənin “Mançester Yunayted” komandası Premyer Liqada uğursuz göstərici ilə yadda qalıb.

"Unikal" “Opta”ya istinadən xəbər verir ki, “qırmızı şeytanlar” bu il ölkə çempionatında keçirdiyi 10 matçda rəqibləri tərəfindən qapısına ən çox zərbə vuralan (225) komanda olub.

Erik Ten Haqın kollektivi ötən gün “Çelsi” ilə matçda qapısında 27 zərbə görüb və bunların 11-i çərçivəyə doğru gedib.

İngiltərə nəhənginin uğursuzluğu Avropanın beş böyük liqaları arasında ən pis göstəricidir.

Qeyd edək ki, “Çelsi” gərgin keçən qarşılaşmada “Mançester Yunayted”ə 4:3 hesabı ilə qalib gəlib.