Biz indiyə qədər Ermənistanı müttəfiq hesab edirik, hüquqi cəhətdən müttəfiqik.

"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, faktlar dəyişməz olaraq qalır: "Hesab edirəm ki, təkcə hüquqi baxımdan deyil, Rusiyanın həm Ermənistanın təhlükəsizliyi, həm də iqtisadi inkişafı üçün əhəmiyyətini anlayanlar var. Biz münasibətlərimizdə olan mövcud böyük müsbət şeyləri yüksək qiymətləndiririk. Mənə elə gəlir ki, bunlar çox vacib sözlərdir, çünki bu, müəyyən dərəcədə ABŞ və Aİ-nin Ermənistanı Rusiyadan sürətlə ayırmaq üzrə təkəbbürlü və həyasız hərəkətlərinə reaksiyadır". 

Ağarza Elçinoğlu