"Ermənistan hələ də öz ərazisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət sahəsini müəyyən edə bilmir".

"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Bu barədə Lavrov “Komsomolskaya Pravda”ya müsahibəsində deyib: "Əlbəttə ki, onlar KTMT-nin Ermənistanda məsuliyyət zonasının harada yerləşdiyinə qərar verə bilməyəcəyini deyəndə, Ermənistanın özü hələ qərar verməyib". 

O xatırladıb ki, KTMT 2022-ci ildə İrəvan sammitində sərhəd mühafizəsi üçün əlavə silahların verilməsi, xüsusi təlimlərin keçirilməsi və KTMT missiyasının sərhəddə yerləşdirilməsi ilə bağlı sənədi tam razılaşdırıb və bütün nazirlər onu təsdiqləyib: "Bütün nazirlər, o cümlədən Ermənistanın nazirləri bu sənədi təsdiqləyiblər. Ertəsi gün isə baş nazir sammiti açanda heç bir konsensus olmadığını dedi. Amma Ermənistan cəmiyyətində Aİ-nin missiyası ilə bağlı konsensus var idi, iki ay vəd edilmişdi, indi bu, qeyri-məhduddur, kanadalılar artıq oradadır, NATO-nun digər üzvləri də ora getmək istəyirlər. Bu, artıq Avropa Birliyinin missiyası deyil, NATO-nun missiyası olacaq".

Lavrovun fikrincə, Rusiya sülhməramlılarının hərəkətsizliyi üzündən ermənilərin Qarabağdan getdiyini söyləmək düzgün deyil.

Ağarza Elçinoğlu