Yaponiyanın Dəniz Özünümüdafiə Qüvvələrinə məxsus iki SH60K hərbi helikopterinin qəzaya uğraması nəticəsində bir nəfər ölüb, yeddi nəfər itkin düşüb.

"Unikal" "Kyodo" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Minoru Kihara mətbuat konfransında bildirib.

Helikopterlər İzu adaları ərazisində patrul təlimlərində iştirak ediblər. Aprelin 20-də, şənbə günü axşam saatlarında onlarla əlaqə kəsilib. Hər helikopterin göyərtəsində dörd heyət üzvü olub.

Qəzanın səbəbləri araşdırılır.