Türkiyənin İstanbul şəhərində keçirilən “Bosphorus Cup” adlı beynəlxalq yarışda iştirak edən bədii gimnastika üzrə Azərbaycan millisinin 3 üzvü fərdi çıxışda final mərhəlisinə vəsiqə qazanıb.

Bu barədə "Unikal"a Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildirilib.

Sofiya Məmmədova top və halqa, Şəms Müvəffəqi lentlə, Dəniz Abdulzadə isə gürzlərlə hərəkətlərin icrasında həlledici mərhələyə adını yazdırıb.

Qeyd edək ki, yarış aprelin 19-u, 21-i aralığında keçirilir.