ABŞ gələn həftənin sonuna qədər Kiyevə silah tədarükünü bərpa edə bilər.

"Unikal" xəbər verir ki, bunu senatın Kəşfiyyat Komitəsinin sədri Mark Uorner CBS telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, yeni yardım paketinə Ordu Taktik Raket Sistemi (ATACMS) ballistik raketləri daxil olacaq.

Uorner bildirib ki, aprelin 23-24-də senatorlar Kiyevə 61 milyard dolların ayrılması ilə bağlı qanun layihəsini təsdiqləyib prezident Co Baydenin imzalaması üçün təqdim edəcəklər.