İngiltərə Premyer Liqasında 34-cü turun növbəti oyunları keçirilib.

"Unikal" xəbər verir ki, çempionluq mübarizəsi aparan "Liverpul" London səfərində "Fulhem"i 3:1 hesabı ilə məğlub edib.

Günün digər oyunlarında "Everton" "Nottingem Forest"ə 2:0, "Aston Villa" "Bournmut"a 3:1, "Kristal Pelas" isə "Vest Hem"ə 5:2 hesabı ilə qalib gəlib.

Hazırda turnir cədvəlinə 74 xalla "Arsenal" başçılıq edir. Eyni xala malik "Liverpul" ikinci, rəqiblərindən bir oyun az keçirən "Mançester Siti" isə 73 xalla üçüncü pillədə qərarlaşıb.